Lukaşenko: "Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?" - VİDEO

Lukaşenko: "Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?" - VİDEO
23:17 16 Dekabr 2018
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Belarusun kütləvi informasiya vasitələri rusiyalı jurnalistlərlə görüşdə prezident Aleksandr Lukaşenkonun sensasion çıxışını dərc etməkdə davam edirlər. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, həmin çıxışında belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb.

"Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?" - Lukaşenko bildirib.

Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. "Polonez"lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur.

"Polonez"lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən də susum", - Lukaşenko əlavə edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Лукашенко: "Я сказал Пашиняну, а чего ты засунул язык в одно место?"


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/713071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR