Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb

Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
23:22 16 Dekabr 2018
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən sutka ərzində Suriyaya 998 qaçqın qayıdıb.

Trend-in məlumatına görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqəsindən 267 qaçqın (80 qadın, 137 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 731 qaçqın (219 qadın, 373 uşaq) öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə gün ərzində 230 Suriya vətəndaşı qayıdıb.

Bundan əlavə, Suriyanın mühəndis bölmələri sutka ərzində 9,6 hektar ərazini minalardan təmizləyiblər. Əməliyyat zamanı 64 partlayıcı qurğu məhv edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/2994467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR