Strasburqda baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb

Strasburqda baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb
01:32 17 Dekabr 2018
26 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Strasbuq şəhərində dekabrın 11-i baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, milad yarmarkasında silahlı hücumda yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

Beləliklə, dekabrın 11-i baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Xatırladaq ki, dekabrın 11-si 29 yaşlı Şerif Şekat Strasburq şəhərində milad yarmarkasında insanlara atış açıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Dekabrın 13-ü axşam saatlarında Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin gizləndiyi yeri təyinediblər. Xüsusi əməliyyat zamanı Ş.Şekat silahlı müqavimət göstərib və polis tərəfindən zərərsizləşdirilib.

Silahlı hücuma görə cavabdehliyi İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR