Fransada şənbə aksiyaları zamanı 351 nəfər saxlanılıb

Fransada şənbə aksiyaları zamanı 351 nəfər saxlanılıb
02:22 17 Dekabr 2018
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransada dekabrın 15-i keçirilən "sarı jiletlər" etiraz aksiyası zamanı 351 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılanlardan 242 nəfəri nəzarət altında saxlanılır. Daha əvvəl təxminən 180 nəfərin saxlanıldığı, 9 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Xatırladaq ki, dekabrın 15-i Fransada "sarı jiletlər"in 5-ci etiraz aksiyası keçirilib. Etiraz aksiyalarında 33,5 min insan iştirak edib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransa DİN-in məlumatına əsasən, dekabrın 1-i etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.

Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/2994478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR