Silahlılar Hələb, Latakiya və Hamada yaşayış mntəqələrini atəşə tutublar

Silahlılar Hələb, Latakiya və Hamada yaşayış mntəqələrini atəşə tutublar
06:15 17 Dekabr 2018
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Silahlılar Suriyanın Latakiya və Hama əyalətlərində yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar.

Trend-in məlumatına görə, bu bareədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-leytenant Sergey Solomatin bildirib.

S.Solomatin bildirib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Darh-Əbu-Əsəd, Safsafa, İkki, Arafit, Sandran (iki dəfə) və Çubb-Əz-Zarur yaşayış məntəqələrini, Hama əyalətinin Tell-Marak (üç dəfə), Tell-Bazam (iki dəfə), Tell-Əl-Maktaa və Açan yaşayış məntəqələrini, Hələb şəhərinin Sukkari, Sakibiya, Zahabiya, Makanis-Edd-Duvayri və elmi-tədqiqat mərkəzi rayonlarını atəşə tutublar".

General-leytenant əlavə edib ki, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzi Deyr-Əz-Zor əyalətində humanitar aksiya keçirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/2994514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR