Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib

Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
07:42 17 Dekabr 2018
44 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda prezident Salome Zurabişvilinin andiçmə mərasimindən sonra yeni Konstitusuya qüvvəyə minib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni Konstitusiyaya əsasən Gürcüstan tam parlament sisteminə keçib.

Yeni Konstitusiyaya əsasən, Gürcüstan prezidenti ölkənin başçısı olaraq qalır, lakin bütün hakimiyyət parlament tərəfindən idarə olunacaq Gürcüstan hökümətinə keçib.

Gürcüstanda prezident nominal fiqura çevrilir və artıq xalq tərəfindən seçilməyəcək. Növbəti dövlət başçısını parlamentin deputatlarından və yerli hakimiyyətin nümayəndələrindən ibarət seçki kollegiyası seçəcək.

Prezidentin "veto", vətəndaşlığın, dövlət mükafatları, hərbi və diplomatik rütbələr və dərəcələrin verilməsi, referendumun təyin edilməsi hüquqları qalır. Bütün qalan qərarlar baş nazirlə məsləhətləşmə tələb edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR