Karateçilərimiz İtaliyadan yüksək nəticə ilə dönür

Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən 3 medalla dönür.

Azərbaycan Milli Karate Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq, şəxsi məşqçisi Əbülfət Qarayev) və Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) qızıl medala, 16-17 yaşlı gənclərdə isə Əminağa Quliyev (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) gümüş mükafata sahib olub.

16-17 yaşlı gənclər komandasının liderlərindən olan Polina Qurenko (-53 kq) yarışqabağı məşqlərdə zədə aldığından döyüşlərə qatıla bilməyib. Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər liqası turnirinin yekun yarışında 67 ölkədən 2652 karateçi mübarizə aparıb.

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi yeniyetmə və gənclər seçmə komandası üçün bu yarış həm də fevralda Danimarkada Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyıb. WKF-in Gənclər Liqası 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak etdiyi son rəsmi beynəlxalq turnir olub.

Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR