Putin Arktikaya qoşun yeridir

Putin Arktikaya qoşun yeridir
21:51 13 Yanvar 2015
236 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Müdafiə Nazirliyi 2015-ci ildə Krım, Klaninqrad və Artkikada qruplaşmanın gücləndirilməsi istiqamətində səylərini daha da artıracaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Baş Qərargah rəisi Valeri Qerasimov açıqlama verib.

Qerasimov bildirib ki, bu il Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığını daha artıracaq.

"Əsas diqqət isə Krım, Klaninqrad vilayəti və Arktikadakı qruplaşmalara ayrılacaq", deyə Baş Qərargah rəsisi bildirib.

Qeyd edək ki, ötən ilin dekabrın sonunda Rusiya prezidenti Vladimir Putin yeni hərbi doktrinanı qəbul etmişdi. Yeni doktrinada Rusiyanın Arktika, Abxaziya, Cənubi Osetiya ilə bağlı maraqlara dair maddələr qeyd olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR