Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb (VİDEO)

Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb (VİDEO)
11:15 17 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindənkeçirəcəyi mal və nəqliyyat vasitələri barədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyənnamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisininqarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyənnaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az)vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/2994630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR