Nail Naiboğlu həyat yoldaşının ölümündən DANIŞDI - VİDEO - FOTO

Nail Naiboğlu həyat yoldaşının ölümündən DANIŞDI - VİDEO - FOTO
11:17 17 Dekabr 2018
57 Şou
Ölkə mətbuatı
A- A+

Dişlərini də onunla birgə basdırdıq. 

Milli.Az bildirir ki, ARB TV-nin "Öz evimizdir" verilişinin növbəti qonağı rejissor Nail Naiboğlu olub.

Bir il öncə həyat yoldaşını itirən rejissor bu haqda ilk dəfə "Öz evimizdir"ə danışıb:

"Bir günün içində baş verdi. Axşam montajda idim, oğlum zəng etdi ki, "ata, evə gəl, anamın halı yaxşı deyil". Gəlib gördüm ki, özündə deyil, dodaqları qaralıb. Soruşdum nə olub? Dedi "elə bil məni boğurlar". Oturdum yanında, İlahəyə yazdım ki, Güləri itirsəm, mənə çox çətin olar.

Heç bir xəstəliyi yox idi. Bir az artıq çəkisi var idi. Mədəkiçiltmə əməliyyatı etdirəcəkdi. Dişlərinin müalicəsi gedirdi, onu gözləyirdik. Amma müalicə bitmədən dünyasını dəyişdi. Öləndə dişlərini də yanında basdırdıq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Nail Naiboğlu ilk dəfə həyat yoldaşının ölümündən DANIŞDI


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/713172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR