İranlı general özünü güllələdi

İranlı general özünü güllələdi
11:27 17 Dekabr 2018
44 Dünya
Ölkə mətbuatı
A- A+

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) "Samin ül Əimmə" qərargahının komandiri, general Qüdrətullah Mənsuri şəxsi tapançasından açılan atəş nəticəsində həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı səhər saatlarında Məşhəd şəhərində baş verib.

Qürətullah Mənsuri xidməti tapançasını təmizləyərkən atəş açılıb və o, başından aldığı güllə yarasından yerindəcə keçinib.

Bildirilir ki, o, İran-İraq müharibəsinin iştirakçılarından olub və bundan əvvəl "İmam Rza" qüvvələrinin 21-ci briqadasının, 5-ci "Nəsr" ordusunun və "Qüds" qərargahının komandiri vəzifələrində çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR