Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx yaydı

Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx yaydı
11:28 17 Dekabr 2018
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindən keçirəcəyi mal və nəqliyyat vasitələribarədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisinin qarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyannaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az) vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.

Daha ətraflı məlumat DGK-nın hazırladığı maarifləndirici videoçarxda:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/263355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR