Kainat gözəli seçildi - VİDEO - FOTO

Kainat gözəli seçildi - VİDEO - FOTO
12:05 17 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

"Miss Filippin 2018" titullu 24 yaşlı Katriona Qrey "Miss Kainat 2018" (Miss Universe) gözəllik müsabiqəsində qalib gəlib.

Milli.Az European-a istinadən bildirir ki, bu minvalla K.Qrey "Miss Kainat" müsabiqələrinin tarixində qalib sayılmış 4-cü filippinli xanım olub.

Taylandın paytaxtı Banqkokdakı "İmpact Arena"da  keçirilmiş "Miss Kainat"ın finalında 2-ci yeri "Miss Venesuela" titullu Stefani Qutyerres, 3-cü yeri isə Cənubi Afrika Respublikasından olan 24 yaşlı Tamarin Qrin tutub.

Müsabiqənin finalında amerikalı komik, teleaparıcı Stiv Harvi və supermodel Eşli Qrem aparıcı idilər.

Atası əslən avstraliyalı, anası filippinli olan Katriona Qrey vətənində teleaparıcı, teatr aktrisası və model kimi tanınır.

"Miss US" titullu Sara Rouz Sammers müsabiqədə ingilis dilini bilməyən başqa iştirakçıları, xüsusilə də "Miss Vyetnam" Hen Nyeni  və "Miss Kamboca" Rern Sini sərt tənqid edib.

Bu açıqlama sosial şəbəkələrdə kəskin narazılıq doğurub. On minlərlə insan S.Sammersi ksenofobiyada suçlayaraq onun müsabiqədən kənarlaşdırılmasını tələb etmişdilər.

Ötən il "Miss Kainat" gözəllik müsabiqəsində CAR təmsilçisi, 22 yaşlı Demi-Li Nel-Piters qalib gəlmişdi.

Bir zamanlar ABŞ prezidenti Donald Trampın idarə etdiyi "Miss Kainat"ın builki müsabiqəsində ilk dəfə transseksual model iştirak edib. O, "Miss İspaniya" titullu Ancela Ponse idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kainat gözəli seçildi.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR