Şəhid qızından millət vəkilinə MÖHTƏŞƏM CAVAB: "İçində atamın nəfəsi var" - FOTO

Şəhid qızından millət vəkilinə MÖHTƏŞƏM CAVAB: "İçində atamın nəfəsi var" - FOTO
12:08 17 Dekabr 2018
42 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər Nərmin Şahmarzadə adında “psixoloq”un Milli Qəhrəman Mübariz İbrahimovun “etdiyi cinayətdir, qəddarlıqdır” deməsi gündəmi zəbt edib. Qızın özünün ciddi psixoloji problemlər yaşadığı aşkardır. Aydındır ki, Mübariz kimdir və hansı amal uğrunda şəhid olub. Lakin bu cür düşüncəyə malik insanlar bunu başa düşməzlər. Onun yaşı da məsələni dərk etməyə imkan vermir.

Qız liberal çevrəyə yaxındır. Onun sosial şəbəkələrdə ermənilərlə dostluğu haqqında faktların ortaya qoyulması göstərdi ki, qız hansı düşüncənin sahibidir. Qız hansısa erməninin “məzlum”, ”fağır” obrazının təsiri altındadır.

Ən əsası “xanım psixoloq” sosial şəbəkədə, mətbuatda layiqli cavabını aldı. Baş verənlərin ortaya çıxmasının yaxşı tərəfi də oldu: Artıq onun kimilər bu fikrə düşmək istəyərkən “Nərmin Şahmarzadə dərsini”ni nəzərə alacaqlar. Onlar “nəyə toxunmaq olar, nəyə toxunmaq olmaz” dərsini aldılar.

Yolunu azmış və ya azdırılmış birinin şəhidlərimiz haqqında mənfi sözlər işlətməsi, şəhidlərimizi kiçiltmir, əksinə daha da yüksəldir, əzəmətliləşdirir. Dərk edirlər ki, xalqın ürəyində əbədi olanlara toxunmaq olmaz. Ona kim toxunursa, qarşısında xalqın nifrətini, bir yumruq kimi birliyini görür. Xalqımız öz şəhidlərini qoruyub və bundan sonra da qoruyacaq.

Türk milləti öz şəhidlərini sevərək dəfn edir. Onları qürurla yaşadırlar. Şəhidliyin türk millətinin dini-fəlsəfəsində xüsusi yeri var.

Bu günlərdə sosial şəbəkədə Türkiyə Böyük Millət Məclisinin sabiq millət vəkili, tanınmış siyasətçi Ruhi Ərsoyun şəhid qızı ilə diaoloqu diqqətimi çəkdi.

“Evdə şəhidin 5 yaşlı qızı ilə qarşılaşdım. Uşağın əlində bərk-bərk saxladığı mavi şarı var idi. "Bir yerdə oynayaq?"-dedim. "Olmaz, partlasa ölərəm"-dedi. Mən də ona "partlasa, mən sənə minlərlə şar alaram" dedim. Cavab verdi: "Olmaz, onu atam şişirib. İçində onun nəfəsi var".

Məncə, “Türk milləti niyə çökmür" sualının cavabını şəhidin 5 yaşlı qızının sözlərində axtarmaq lazımdır.

Elnur Eltürk


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/263360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR