Məşhur model yeni ili keçmiş əri ilə qarşılayacaq

"Uşaqların atası da bizimlə tətildə olacaq”.Türkiyənin məşhur modeli Çağla Şikel və keçmiş əri, müğənni Emre Altuğla istirahətə gedəcək.

Metbuat.az sia.az-a istinadən xəbər verir ki, məşhur model Çağla Şikel alış-veriş mərkəzlərinin birində kameralara yaxalanıb. Model müxbirlərin suallarına cavab verərkən bu yeni il haqqında planlarından danışıb:

"Bu yeni ili oğullarım, anam, bacım və mən Kapadokiyada qarşılayacağıq. Bu tətilin bizə yaxşı gələcəyindən əminəm. Uşaqların atası da bizimlə tətildə olacaq”.

Qeyd edək ki, Çağla Şikel və Emre Altuğ cütlüyü 7 illik evliliklərini 2015-ci ildə sonlandırıb. Onların bu evlilikdən iki oğulları var.

Bu il Azərbaycana avtomobil idxalı 2,3 dəfə artıb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR