Eddi İsrafilov qol vurdu

Eddi İsrafilov qol vurdu
12:27 17 Dekabr 2018
53 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Sequndasında 18-ci turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi "Alkorkon" səfərdə "Osasuna"ya 1:2 hesabı ilə uduzub.

İsrafilov start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu 53-cü dəqiqədə Eddi vurub. 26 yaşlı futbolçu 44-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. 

Eddi İsrafilov sonuncu dəfə 2016/17 mövsümündə "Kadis"in heyətində qol vurmuşdu. 

Qeyd edək ki, "Alkorkon" 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Lider "Qranada"nın 37 xalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR