Polis Bakıda xeyli partlayıcı oyuncaq və pirotexniki vasitə aşkar edib

Polis Bakıda xeyli partlayıcı oyuncaq və pirotexniki vasitə aşkar edib
12:32 17 Dekabr 2018
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 15-16-da keçirdikləri reydlər zamanı "Sədərək" ticarət mərkəzindəki mağazalardan 13962 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/713189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR