Şərəf və ləyaqətin alçaldılmaması ilə bağlı yeni qanun hazırlanır

Şərəf və ləyaqətin alçaldılmaması ilə bağlı yeni qanun hazırlanır
12:37 17 Dekabr 2018
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabitliyə əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bu sahədə daha ciddi problemlər yaranır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şuradının sədri, millət vəkili Əflatun Amaşov "Dini qurumlar və sosial media" adlı konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır: "Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Bəzi qüvvələr var ki, sosial şəbəkələr vasitəsilə Azərbaycanı geriyə aparmağa çalışır. Radikal dini cərəyanlar da əlavə problem yaradır".

Ə.Amaşov bildirib ki, hazırda Azərbaycan Mətbuat Şurası qanunda vətəndaşların şərəf və ləyaqətinin alçaldılmaması məsələsini diqqətdə saxlayan qanun üzərində işləyir. "Dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır, bu birmənalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/713220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR