Kolumbiyada gecə klubunda PARTLAYIŞ: 13 yaralı

Kolumbiyada gecə klubunda PARTLAYIŞ: 13 yaralı
12:57 17 Dekabr 2018
26 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Montelibano şəhərində "El Rancho de Jhonda" gecə klubunda partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, naməlum şəxslər futbol klubunun azarakeşləri içəridə qələbəni qeyd edərkən oraya partlayıcı qurğu tullayıblar.

Faktla bağlı araşdırmalar başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR