Neftin qiyməti ilə bağlı bədbin gözləntilər var

Neftin qiyməti ilə bağlı bədbin gözləntilər var
13:17 17 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

OPEK+ təşkilatının neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı qərarı "qara qızılın" qiymətlərinin artırılması deyil, stabilləşdirilməsi məqsədi daşıyır. Belə görünür ki, OPEK qiymətin hər barel üçün 60-65 dollar intervalında dəyişməsinə və volatilliyin azalmasına çalışır. Son 2 ayda "Brent" markalı neftin bir barelinin qiymətinin 86 dollardan 60 dollaradək azalmasına baxmayaraq, şist neftinin hasilatında artımlar var.

Azərbaycanda avtomobillərin bahalaşması sürətlənəcək - Hansında və nə qədər?

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gələnilki gözləntiləri bədbindir: "Bu isə o deməkdir ki, hasilatın azaldılması ilə bağlı anlaşmaya baxmayaraq, gələn il yenidən neftin bir barelinin orta qiyməti 60 dollarlıq psixoloji həddən aşağı ola bilər. Bu isə Azərbaycan Maliyyə Nazirliyinin 60 dollardan hesabladığı dövlət büdcəsi üçün heç də yaxşı siqnal olmayacaq. Neft bazarındakı mövcud qiymət dəyişmələri fonunda dövlət büdcəsində bir barelin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/713216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR