Messidən 43-cü het-trik

Messidən 43-cü het-trik
13:32 17 Dekabr 2018
25 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın "Barselona" komandasının heyətində 43-cü dəfə het-trik edib.

Milli.Az report-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu La Liqanın XVI turundan səfərdə "Levante"ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdə 3 qola imza atıb. O, bu göstəriciyə görə yalnız hazırda İtaliya "Yuventus"nun formasını geyinən Kriştianu Ronaldudan geri qalır. Portuqaliyalı forvard bu yay tərk etdiyi İspaniya "Real Madrid"nin heyətində 44 dəfə het-trik edib.

Messi "Levante" ilə görüşdə 3 dəfə fərqlənmək daha iki rekordun müəllifinə çevrilib. O, 2018-ci ildə 50 qol vuran ilk futbolçu olub. "Barselona"nın kapitanı həm də bu il "Top-5" liqalarda "qol+ötürmə" sistemi ilə 20 xal yığan ilk oyunçudur.

Qeyd edək ki, Messi cari mövsümdə La Liqada keçirdiyi 14 oyunda 14 qol vurub və 10 məhsuldar ötürmə verib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR