Gürcüstandan ölkəyə gələn avtomobilin benzin çənində pirotexniki vasitələr aşkarlanıb

Gürcüstandan ölkəyə gələn avtomobilin benzin çənində pirotexniki vasitələr aşkarlanıb
14:27 17 Dekabr 2018
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttində Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Komitədən “Report”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin benzin çəninin içərisində gizlədilən, üzərində "Mega Black Devil" yazıları olan 560 ədəd və üzərində "Piccolo Corsar" yazıları olan 840 ədəd pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustandan-olkeye-gelen-avtomobilin-benzin-ceninde-pirotexniki-vasiteler-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR