76 dövlət əmlakı özəlləşməyə çıxarıldı - FOTOLAR

Əmlak Məsələləri Dövlət Komitəsi 22 yanvar tarixində növbəti hərrac keçirəcək.

Komitədən Metbuat.az-a verilən məlumata görə, bu dəfə hərraca ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 12,2 kv.m ilə 11 min 266 kv.m arasındadır. İnvestorlar seçdikləri dövlət əmlaklarının fəaliyyətini bərpa etməklə yanaşı, həm də digər istiqamət üzrə yenidən quraraq gəlir qazana bilər. Oğuz rayonu, Kərimli kəndindəki anbar kompleksi 13 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Qeyd edək ki, bu dövlət əmlakının ümumi faydalı sahəsi 3 min 100 kv.m-dir. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir.

Kiçik sahibkarlıq fəaliyyəti üçün uyğun olan qeyri-yaşayış sahələrindən 11-i paytaxtda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, AğdaşDaşkəsəndə yerləşir. Ümumi faydalı sahəsi 5,8 kv.m ilə 162,9 kv.m intervalında olan bu obyektlər qiymət baxımından da hər kəsə uyğun ola bilər. Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 147 kv.m-dir. Sahibi bu qeyri-yaşayış sahəsindən həm ofis, həm də xidmət obyekti kimi istifadə edə bilər.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Material Təchizat”, “Goranboy Aqrotexservis”, “İsmayıllı Təmir Tikinti” kimi səhmdar cəmiyyətləri var. Paytaxtla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR