Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu

Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu
15:42 17 Dekabr 2018
29 Dünya
Ölkə mətbuatı
A- A+

Güclü duman səbəbindən İranın Əhvaz Beynəlxalq Hava limanında ötən gecədən indiyədək 21 uçuş ləğv edilib və 3 uçuşda ləngimə yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti aeroportlarının baş direktoru Məhəmməd Rza Rzayi deyib.

Onun sözlərinə görə, ötən gecə saat 19:00-dan Əhvaz rayonunda güclü duman var və bu, uçuşlara təsir göstərib.

Rzayi əlavə edib ki, Əhvazda görmə üfüqü hazırda təxminən 100 metrdir və uçuş üçün münasib şərait yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR