"Liverpul" öz nəticəsini təkrarladı

"Liverpul" öz nəticəsini təkrarladı
16:12 17 Dekabr 2018
31 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" İngiltərə çempionatının 17-ci turunda "Mançester Yunayted" üzərində qələbədən sonra (3:1) məğlubiyyətsiz seriyasını 17 matça çatdırıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mersisaydlılar 14 oyunda qalib gəlib, 3 matçda bərabərə qalıb. Klub tarixində üçüncü dəfə analoji nəticə göstərib. 1949/50 mövsümündə eyni nəticə ilə 8-ci, 1987/88-də isə çempion olub.  "Liverpul" 1990-cı ildə 23 matçda məğlubiyyət yaşamayıb. 

Xatırladaq ki, Yurqen Kloppun komandası 45 xalla turnir cədvəlinə başçılıq edir. "Mançester Yunayted" 6-cı pillədə yer alır. Komanda liderdən 19 xal geri qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR