“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə müvəqqəti təyinat olub

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə müvəqqəti təyinat olub
16:32 17 Dekabr 2018
18 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı fərmanla Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində yaradılmış “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.
“Report” xəbər verir ki, bu barədə KTN-nin  İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib.
Qeyd edək ki, Aqil Quliyev bu ilin sentyabr ayından aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl isə o, nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 
“Aqrar Tədarük və Təchizat” ASC ləğv edilmiş “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Bu qurumun rəhbəri Əbülfət Qocayev olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/aqrar-tedaruk-ve-techizat-asc-nin-rehberliyine-muveqqeti-teyinat-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR