Sergey Lavrov: “Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsi sənədini hazırlayır”

Sergey Lavrov: “Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsi sənədini hazırlayır”
16:37 17 Dekabr 2018
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırır".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində ABŞ-ın Ermənistandakı 3 bioloji laboratoriyası haqqında sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, sənədin hazırlanması prosesində Ermənistanda xarici hərbçilərin olmayacağına təminat veriləcək: “Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək”.
S.Lavrov Qazaxıstanın da belə bir sənədin hazırlanmasına razılıq verdiyini bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/sergey-lavrov-moskva-ile-yerevan-ermenistanda-xarici-herbcilerin-yerlesdirilmemesi-senedini-hazirlayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR