Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ

Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ
16:38 17 Dekabr 2018
55 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə razılıq verdi.

Publika.az xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Xatırladaq ki, dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesu Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib.

“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.

O dəqiqləşdirdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/263399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR