“Mançester Yunayted”dən 28 ilin ən pis nəticəsi

“Mançester Yunayted”dən 28 ilin ən pis nəticəsi
16:57 17 Dekabr 2018
51 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" Premyer Liqada səfərdə "Liverpul"a 1:3 hesabıyla məğlub olub.

Komanda.az "Opta" saytına istinadən xəbər verir ki, 17 turdan sonra 26 xalla turnir cədvəlində 6-cı olan "qırmızı şeytanlar", son 28 ilin ən pis nəticəsini əldə edib. Belə ki, "Mançester Yunayted" son dəfə 1990/91 mövsümündə 17 turdan sonra 6-cı pillədə olub.

Cari mövsümdə Premyer Liqada 7 qələbəsi və 5 məğlubiyyəti olan MY, rəqib qapılarına 29 qol vurub, eyni sayda da qapısında top görüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR