​XİN-in Dövlət Protokolu idarəsinin rəisi Çilinin yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib.

Metbuat.az xəbər verir ki, Pərvin Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Çilinin Azərbaycanda Səfirliyinin fəaliyyətə başladığını qeyd edən Çili diplomatı iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR