“Olimpiya Gündəliyi 2020” Komissiyası 2017-2018-ci illər üzrə hesabatını təqdim etdi - FOTOLAR

Milli Olimpiya Komitəsinin “Olimpiya Gündəliyi 2020” Komissiyasının iki illik fəaliyyəti üzrə iclas keçirilib.

Metbuat.az xəbər verir ki, “Olimpiya Gündəliyi-2020” 8 və 9 dekabr 2014-cü il tarixdə BOK-un Monakoda keçirilmiş 127-ci sessiyasında yekdilliklə təsdiq edilib. Olimpiya 20+20 tövsiyyələr sənədi 2014-cü ilin sentyabr ayından fevraladək BOK müxtəlif təşkilatlar və şəxslərdən 40,000-dən artıq təklif qəbul edərək onları 1,200 ideyada qruplaşdırılıb. 14 işçi qrup bütün təklif və ideyaları təhlil etdikdən sonra 20+20 TÖVSİYYƏ sənədi hazırlanıb.

Beynəlxalq Olimpiya Komitəsinin, xüsusilə “Olimpiya Gündəliyi 2020” dəstək olaraq 2017-ci ilin yanvar ayında “Olimpiya Gündəliyi 2020” Komissiyasının əsasını qoyub. Komissiyanın əsas məqsədi 2017-2020-ci illərdə Azərbaycanda Olimpiya hərəkatınının və Olimpizmin yeni inkişaf mərhələsinə nail olmaq, ölkədə Olimpiya təhsilinin gücləndirmək, “Dayanıqlı inkişaf”, “Gender bərabərliyi”, “İdman hamı üçün” sahələri üzrə inkişaf etdirməkdir.

İclasda komissiyanın sədri Azər Əliyev, həmçinin Olimpiya çempionu və Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin direktoru Zemfira Meftahətdinova, Olimpiya çempionu və Gənclər və İdman Nazirliyinin idman idarəsinin müdüri Fərid Mansurov, MOK-un informasiya və nəşrlər idarəsinin müdiri Cəmaləddin Rəhmanov, MOK-un Marketinq idarəsinin müdiri Mehman Kərimov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, MOK-un mətbuat katibi Əzizə İsmayilova iştirak edib.

“Olimpiya Gündəliyi 2020” Komissiyasının ilk fəaliyyəti kütləvi informasiya vasitələrinin dəstəyi ilə sağlam və fəal həyat tərzinin geniş kütləyə çatdırılması idi. Bu məqsədlə 2017-ci ildə Komissiya “Space” Müstəqil Teleradio Şirkəti ilə “İdman hamı üçün” verlişini hazırlamışdır. Bu günə qədər 30 verliş yayımlamışdır ki, burada Olimpiya və qeyri-Olimpiya idman növləri, anti-dopinq və qış idman növlərinə həsr olunmuş MOK-un səfiri Tünzalə Ağayevanın iştirakı ilə xüsusi verlişlər yayımlanıb.

Milli Olimpiya Komitəsinin yeni layihəsi Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Bakı 2019 Yeniyetmələrin Yay Olimpiya Festivalı çərçivəsində Olimpiya dəyərləri və hərəkatını təşviqidir. Layihə çərçivəsində Olimpiya Gündəliyi 2020 tövsiyələrinə uyğun olaraq ölkədə Olimpiya təhsilinin gücləndirilməsi; Bakı 2019 XV Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalını ölkə daxilində və xaricində təbliği; Məktəblilər arasında bədən tərbiyəsi və idmanın təşviqi; Olimpiya Gündəliyi 2020 tövsiyələrinə uyğun olaraq ölkədə Olimpiya təhsilinin gücləndirilməsi; Bakı 2019 XV Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalını ölkə daxilində və xaricində təbliği; Məktəblilər arasında bədən tərbiyəsi və idmanın təşviqi əsas məqsədlərdir.

İclas çərçivəsində Komissiyanın üzvləri Spave Televiziyası ilə əməkdaşlıq haqqında müzakirələr aparıldı, “İdman hamı üçün” və “Olimpiya Mədəniyyəti və Təhsil Proqramının” gələcək fəaliyyəti danışılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR