Kürdə suyun səviyyəsi artıb - ETSN

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara zonası çaylarında isə orta hesabla 90-160 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, dekabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 4 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 227 kubmetr olmaqla ongünlük normanın 146 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 81 kubmetr təşkil etməklə ongünlük normanın 107 faizinə bərabərdir.

Dekabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 5, Şirvanda 6, Salyanda 10, Bankədə isə 7 santimetr artıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 473, Şirvanda 351, Salyanda 312, Bankədə 265, Araz çayının Novruzlu məntəqəsində isə 160 santimetrə bərabərdir.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR