Elzadan onu hədələyən Zeynəbə CAVAB - VİDEO

ARB TV-nin "Səhər-Səhər" verilişininin qonağı əməkdar artist Elza Seyidcahan olub.

Metbuat.az xəbər verir ki, əməkdar artist, xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva tərəfindən ünvanına sərt sözlər deyilməsinə münasibət bildirib:

"Mən Zeynəb xanımın səsinin, xasiyyətinin, səmimiliyinin və onun gözəlliyinin uşaqlıqdan vurğunuyam. İndi də o vurğunluq qalıb. Çünki Zeynəb xanım toylara gələndə, pul qazananda heç kəs nə toylara getmirdi, nə də pul qazanmırdı. Mən bir bəstəkar kimi deyirəm ki, Zeynəb xanımın səsi cavan qalıb. Yəni xırıldamır, fısıldamır. Mən Zeynəb xanımdan "özləri bilərlər" deməyini gözləyərdim. Olan oldu, keçən keçdi. Amma mən nə demişəmsə düz söz demişəm və peşiman da deyiləm. Məcbur olmuşam demişəm. Bundan sonra da Zeynəb xanımı harada görsəm, hər zamanki kimi özüm qabağına gedib onu öpəcəm".

Qeyd edək ki, proqramların birində xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı. Əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən Nazpəri Dostəliyevaya sərt reaksiya vermişdi.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR