Bu il Azərbaycanda dizel istehsalı 2% artıb

Bu il Azərbaycanda dizel istehsalı 2% artıb
18:12 17 Dekabr 2018
19 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 825,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 2% artıb.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayında ölkədə avtomobil benzininin istehsalı 2,7% azalaraq 1 068,5 min ton olub.
Bu müddət ərzində dizel yanacağının istehsalı 2,1% artaraq 1 755,2 min ton təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında sürtkü yağlarının istehsalı 4,5 dəfə artaraq 150,6 min ton, neft bitumunun istehsalı 30,7% artaraq 272,8 min olub. Neft koksunun istehsalı 13% artaraq 223,1 min ton olub.
Bu ilin yanvar-noyabr aylarında yanacaq mazutunun istehsalı 60,7% azlaraq 92,7 min ton təşkil edib.
Bu ilin 11 ayında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,2% artaraq 179,4 min tona çatıb. Ağ neftin istehsalı isə 2,8% artaraq 554,1 min ton təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-azerbaycanda-dizel-istehsali-2-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR