Azərbaycan boksçuları Neft Ölkələrinin Dünya Kubokunda 3 medal qazanıblar

Azərbaycan boksçuları Neft Ölkələrinin Dünya Kubokunda 3 medal qazanıblar
18:17 17 Dekabr 2018
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiysk şəhərində Fərman Salmanovun xatirəsinə həsr olunan Neft Ölkələrinin Dünya Kuboku keçirilib.
"Report" xəbər verir ki, XVI dəfə təşkil edilən yarışda Azərbaycan millisinin boksçuları da iştirak ediblər. 
Məhəmməd Abdullayev (+91) turniri qızıl medalla başa vurub. O, finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Abdullayevlə yanaşı, Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimov (81 kq) da fəxri kürsüdə yer alıb. Hər iki idmançı yarışı 3-cü pillədə başa vurub. Onlar yarımfinalda, müvafiq olaraq, rusiyalı Bator Saqulayev (1:4) və fransalı Ntambve Qaetana (0:5) uduzublar.
Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanan kişilərdən ibarət Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub. Ev sahibi Rusiya həm kişilərin, həm də qadınların mübarizəsində birinci olub. Onlar 16 ölkənin qatıldığı turnirdə 32 (10-9-13) medala yiyələniblər.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-boksculari-neft-olkelerinin-dunya-kubokunda-3-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR