Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü - FOTO

Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü - FOTO
18:52 17 Dekabr 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada azərbaycanlı qız amansızlıqla qətlə yetirilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, İrkutsk vilayətinin Nijneudinsk şəhərində yaşayan 17 yaşlı Günel Rəhim qızı Dadaşova 10 gün əvvəl itkin düşüb.

Onun cəsədi ötən gün Nijneudinsk şəhərindəki körpülərdən birinin altında, zibilliyin yanında aşkar olunub. İstintaq materiallarına görə, Dadaşovanın boğazı kəsilib.

Faktla bağlı 15 və 17 yaşlı yeniyetmələr şübhəli qismində saxlanılıblar. Onlar ifadələrində qətli tamah məqsədi ilə törətdiklərini etiraf ediblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/713320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR