30 yaşlı ruhi xəstə İTKİN DÜŞDÜ - FOTO

30 yaşlı ruhi xəstə İTKİN DÜŞDÜ - FOTO
19:33 17 Dekabr 2018
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə onun analığı Bibixanım Salmanov məlumat verib.

Onun sözlərinə görə, Abşeron rayonunun Saray qəsəbəsi, Adil Mənsimov küçəsi 9A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sədi Həşim oğlu Salmanov iki gündür evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun ruhi xəstə və dil qüsuru olduğu da bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/263421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR