Afrikada İslam dinini ilk qəbul edən QƏBİLƏ HAQQINDA BİLMƏDİKLƏRİMİZ - FOTO

Afrikada İslam dinini ilk qəbul edən QƏBİLƏ HAQQINDA BİLMƏDİKLƏRİMİZ - FOTO
20:32 17 Dekabr 2018
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Afrikanın 40 milyon əhalisi olan Fulani qəbiləsi İslam dinini ilk qəbul edən qəbilə olmaqla digərlərindən fərqlənir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Mərkəzi Afrikada yaşayan fulanilər bir çoxu yarım köçəri həyat tərzi sürür. Qəbilənin digər üzvləri isə şəhərlərdə yaşayır.

Yarım köçəri həyat tərzi sürən fulanilər kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Heyvanları otlatmaq üçün ölkənin cənubuna səfər etmək məcburiyyətində qalan qəbilə üzvləri fermerlərin bəzən heyvanları ələ keçirmək istədiyini, bəzən də onlara qarşı hücum etdikərini iddia edirlər.

Fulanilərə qarşı hücum edən fermerlər isə bunun əsl səbəbinin dində olduğunu bildirirlər. Fulanilər xristilanların üstünlük təşkil etdiyi cənub bölgəsində XVIII əsrdə yaşamış İslam alimi Osman Dan Fodionun fikirlərini yaymağa çalışdıqları üçün bu hücumlara məruz qalırlar.

Regionun şimalında müsəlmanlar, cənubunda isə xristianlar yaşayır və ortada qalan bölgəyə fulanilər səfər edir. Bu bölgədə isə tez-tez dini zəmində toqquşmalar baş verir. Fulani qəbiləsi "Sokoto Xəlifəliyi" kimi İslama yön verən bir çox cəmiyyət qurub və alim yetişdirib. Sokoto Xəlifəliyi 1804-1903-cü illər arasında mövcud olub və Osman Dan Fodio tərəfindən qurulub.

Qəbilə üzvü Yusif Şehu deyir: 

"Heyvanları otlatmaq üçün yeni otlaq yerləri tapmaq məcburiyyətindəyik. Bu yerləri tapmaq üçün isə 18 ildə 300 km məsafə qət etmişik. Daim axtarışda olduğumuz üçün köç etmək məcburiyyətindəyik. Qəbilə xalqı olaraq lüks hayata heç də maraq göstərmirik".

Fulanilər üçün gün sübh namazı ilə başlayır və sonra kişilər heyvanları sağmağa gedir. Oyanan kimi gündəlik işlərlə məşğul olan qadınlar səhər yeməyini kişilər südü gətirən kimi hazırlayırlar. Səhər yeməyindən sonra isə heyvandarlıq və tarla işləri ilə məşğul olurlar.

Qaranlıq çökəndə evlərinə qayıdan qəbilə üzvləri Quran oxuduqdan sonra ailə fərdləri ilə birlikdə söhbət edir və uşaqlara nağıllar danışırlar.

Fulanilər heyvandarlıqdan başqa qarğıdalı, bibər, kartof və pomidor becərir, heyvanlar yeməsin deyə qarğıdalını hündür ərazilərdə yetişdirirlər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/713363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR