TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin 18%-ni tranzit yüklər təşkil edib

TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin 18%-ni tranzit yüklər təşkil edib
20:42 17 Dekabr 2018
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 43375,4 min ton, yük dövriyyəsi isə 9490,1 milyon ton-km olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 27326,7 min tonu və ya 63%-i avtomobil nəqliyyatı, 10361,0 min tonu və ya 23,9%-i dəmir yolu nəqliyyatı, 5687,7 min tonu və ya 13,1%-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 17,9%-ni və ya 7766,0 min tonunu tranzit yüklər təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/traceca-nin-azerbaycan-hissesinde-dasinmis-yuklerin-18-ni-tranzit-yukler-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR