Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edilib

Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edilib
20:47 17 Dekabr 2018
38 Digər
Ölkə mətbuatı
A- A+

London. 17 dekabr. REPORT.AZ/ Böyük Britaniyada yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin təsis iclası keçirilib.
“Report”un Böyük Britaniya bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin (Azerbaijani Cultural Centre (UK)) təsis iclası Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində baş tutub.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, İngiltərədə yaşayan Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində mərkəzin gələcək fəaliyyəti haqqında prezentasiya nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin vitse prezidenti Sevil Aslanova mərkəzin yaradılmasının əhəmiyyətinə toxunaraq Diaspora Komitəsinə öz təşəkkürlərini bildirib. O qeyd edib ki, yeni mərkəz Böyük Britaniya üzrə ilk mədəniyyət mərkəzi sayılır: “Bu mərkəzi açmaqda məqsədimiz İngiltərədə yaşayan Azərbaycanlılar üçün bir ev, bir mərkəz yaratmaqdır. Bu işdə bizə Dövlət Diaspora Komitəsi dəstək olur. Mərkəz böyük işlərlə məşğul olmaq fikrindədir. Mərkəzdə siyasət, incəsənət, idman və gənclər klubu olacaqdır. Burada illərdir yaşayanlar bizim tariximizdən, mədəniyyətimizdən yavaş yavaş uzaqlaşırlar. Mən inanıram ki, onlara daha yaxın olmaq, Azərbaycanlıları bura cəlb etmək üçün bu mədəniyyət mərkəzi böyük işlər görəcəkdir”,- deyə S. Aslanova qeyd edib.
Mərkəzin prezidenti Hicran Stogden bildirib ki, mərkəz artıq Böyük Britaniyada qeydiyyatdan keçirilib. O, Azərbaycanlıların bir araya gəlməsi və birlik olmağın əhəmiyyətinə toxunub.
Aytən Abbaslı


















Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/londonda-azerbaycan-medeniyyet-merkezi-tesis-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR