37 yaşında La Liqanın tarixinə düşdü

37 yaşında La Liqanın tarixinə düşdü
20:52 17 Dekabr 2018
38 İdman
Ölkə mətbuatı
A- A+

"Betis"in futbolçusu Xoakin Sançes adını La Liqa tarixinə yazdırıb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 16-cı tur çərçivəsində keçirilən "Espanyol" - "Betis" qarşılaşmasında iştirak edərək, La Liqada sayca 500-cü oyununa çıxıb. 

Sançes İspaniya La Liqası tarixində 500 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

La Liqada ən çox oyun keçirən futbolçu "Barcelona"nın sabiq üzvü Andoni Subisarettadır. O, La Liqada 622 matçda iştirak edib.

"Espanyol" - "Betis" matçı qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR