Bakıda Qətərin milli bayramı qeyd olunub

Bakıda Qətərin milli bayramı qeyd olunub
20:52 17 Dekabr 2018
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil edilib.
“Report” xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbiri Qətər səfirliyinin müvəqqəti işlər vəkili Xalid Məhəmməd əl-Məlki ölkəsinin Azərbaycanla möhkəm dostluq əlaqələrinin bərqərar olunduğunu diqqətə çatdırıb.
“Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edir, xalqın sabit və təhlükəsizlik yaşaması üçün şərait yaranır” - deyən qətərli diplomat bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun da xeyli artdığını vurğulayıb.
Tədbirdə iştirak edən fövqəladə hallar naziri Kamaləddin Heydərov Qətərin milli bayramı münasibətilə təbriklərini çatdıraraq iki ölkə arasında dostluq münasibətlərinin yarandığını, beynəlxalq müstəvidə bir-birilərini dəstəklədiklərini qeyd edib, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə Qətər dövlətinə təşəkkür edib.
“Azərbaycanla Qətər arasında əməkdaşlıq bir sıra sahələrdə sürətlə inkişaf edir” - deyən nazir ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyətinin burada böyük rolunu da qeyd edib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-qeterin-milli-bayrami-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR