Feysbuk müsəlmanlara görə Netanyahunu cəzalandırdı

Feysbuk müsəlmanlara görə Netanyahunu cəzalandırdı
21:05 17 Dekabr 2018
57 Dünya
Ölkə mətbuatı
A- A+

Feysbuk İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun fələstinli müsəlmanları hədəf alan paylaşımını silib və səhifəsini 24 saatlıq bloklayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, şirkətin bu addımının ardından Feysbuku hədəf alan Yair Netanyahu sosial şəbəkəni "fikir polisliyi" etməkdə ittiham edib.

"Fesbuk onu tənqid etdiyim üçün hesabımı 24 saatlıq əngəlləyib. Düşüncə polisidir. İnanılmaz", - Yair Netanyahu bildirib.

Xatırladaq ki, Yair Netanyahu bölgədə sülhün yalnız iki qrupdan birinin buradan tamamilə ayrılmasından sonra mümkün ola biləcəyini açıqlamışdı.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR