“Maşın” kimin üçün əldən gedəcək? - İştirakçılar danışdı - VİDEO

“Maşın” kimin üçün əldən gedəcək? - İştirakçılar danışdı - VİDEO
21:17 17 Dekabr 2018
86 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ən reytinqli televiziya şousu "Maşın şou" izləyicilərini həyəcanlandırmaqda davam edir.

Milli.Az bildirir ki, layihənin ən yaşlı iştirakçısı aktyor Allahverdi Yolçuyev oxu.az-ın müxbiri ilə söhbətdə qeyd edib ki, qalib ruhu olmadıqda döyüşə girməyə ehtiyac yoxdur.

O, həmçinin bildirib ki, Qafqaz ənənələrinə riayət etmək, ağsaqqalı irəli buraxmaq lazımdır:

"Lakin hələ bilinmir, onlar mənə avtomobilə və ya pavilyonun çıxışına yol verəcəklər", -  A.Yolçuyev istehza ilə deyib. 

Bir sözlə şouda dostluq ab-havası var və bunu müğənni Dilarə Kazımova təsdiqləyib.

"Biz iştirakçılarla o qədər dostlaşmışıq ki, kimisə çıxarmaq barədə fikirləşmək çox çətindir. Biz oyunun strategiyasını elə qurmaq istəyirik ki, dostluq münasibətlərini saxlayaq. Ən əsası oyunda deyilənlərin ciddi qəbul edilməməsidir", - müğənni qeyd edib.
 
Taleh Yüzbəyov də Dilarə Kazımovanın sözlərini dəstəkləyib və bildirib ki, namizədi seçmək gündən-günə çətinləşir:

"Kənardan elə görünür ki, bu asandır, lakin inanın, hər dəfə aparıcı sizə yaxınlaşıb sual verəndə həyəcan bürüyür", - T.Yüzbəyov fikirləri ilə bölüşüb.

Müğənni Mina Hüseyn isə açıqlaması ilə təəccübləndirib.

"Mən şounu tərk etmək üçün namizəd olmaq istəyirəm və hətta səsverməyə kiminlə çıxacağımı da deməyə hazıram", - müğənni Oxu.Az-a bəyan edib. - Mən heç nəyi gizlətmirəm, açıq oynayıram. Mənim rəqibim Sərxan Kərəmoğludur. Onun getmək vaxtı çatıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/713368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR