TƏHLÜKƏLİ VİRUS: 2 nəfər həyatını itirdi

TƏHLÜKƏLİ VİRUS: 2 nəfər həyatını itirdi
21:33 17 Dekabr 2018
55 Digər
Ölkə mətbuatı
A- A+

Son bir həftədə Ukraynanın Xarkov şəhərində A (H3N2) qrip virusu nəticəsində 9 yaşlı uşaq və 62 yaşlı qadın dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, hər iki şəxs qripdən vaksinasiya olmayıb. Son bir həftədə Xarkovda 6608 nəfər qripə tutulub ki, onlardan 3036 (45 faiz) nəfəri uşaqdır.

Qeyd edək ki, Ukraynanın baş infeksionisti Olqa Qolubovskaya noyabrın sonlarında 2018-2019-cu epidemiya mövsümündə ötən il ABŞ-da 80 mindən çox insanın ölümünə səbəb olan A (H3N2) qrip virusunun Ukraynaya yaxınlaşdığını bəyan etmişdi. Onun sözlərinə görə, bu qrip virusu çox kəskin olur. Bu virusun Ukraynada yayılma təhlükəsi böyükdür. Virusa yoluxanların uşaq və 65 yaşdan yuxarı insanlarda ölüm riski böyükdür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/263429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR