Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb

Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb
21:37 17 Dekabr 2018
18 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya parlamenti Avropa İttifaqı üzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib.

"Səsvermə öncəsi müzakirələrə yanvarın 7-də qayıdacağımızı, bundan sonrakı həftədə isə səsvermə keçirəcəyimizi bu gün təsdiq edə bilərəm", - deyə hökumət başçısı qeyd edib.

Xatırladaq ki, ilkin olaraq dekabrın 11-nə təyin edilən səsvermə noyabrın 25-də Avropa İttifaqı ilə razılaşdırılan sazişin İcmalar palatası tərəfindən narazılıqla qarşılanması səbəbindən təxirə salınmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR