Reynaldonun qarşısına şərt qoyulacaq

Reynaldonun qarşısına şərt qoyulacaq
21:57 17 Dekabr 2018
61 İdman
Ölkə mətbuatı
A- A+

"Reynaldo Silvanın keçidi hələ tam həll olunmayıb. Hazırda Bakıdadı, bu gün tibbi müayinədən keçəcək. Sabah yekun görüşümüz olacaq. Ondan sonra qəti qərarımızı verəcəyik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Reynaldo hələ birinci dəfə "Qarabağ”da çıxış edərkən əyləncəyə meylli futbolçu kimi tanınırdı. Baş məşqçi onun qarşısına bununla bağlı hər hansı şərt qoyulub-qoyulmayacağı ilə bağlı suala belə cavab verib: "Son vaxtlar əyləncəyə meylli olmuşdu. Özünüz də görürdünüz ki, formasından uzaq idi. Amma mütləq belə bir danışığımız olacaq. Hətta müqavilə bağlasaq, orda da göstəriləcək ki, belə hərəkətlər etdiyi halda ciddi tədbirlər görüləcək. Məncə, belə şeylər olmamalıdı. Sabahkı görüşümüzdən sonra tam dəqiq nəsə deyə biləcəyəm".
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://www.fanat.az/reynaldonun-qarsisina-sert-qoyulacaq/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR