Ağcabədidə avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 4-ü yaralanıb

Ağcabədidə avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 4-ü yaralanıb
07:52 18 Dekabr 2018
23 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 18 dekabr. REPORT.AZ/ Dekabrın 17-si Ağcabədi rayonunda baş vermiş yol qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti orta-ağır olaraq qalır.
Bu barədə "Report"un Qarabağ bürosuna Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, qəzada xəsarət alan rayon sakinləri - 1984-cü il təvəllüdlü İsmayılov Tural, 1991-ci il təvəllüdlü Abdullayeva Günay, 2015- ci il təvəllüdlü Abdullayeva İlknur və 1994-cu il təvəllüdlü Abdullayeva Gülnur xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurlar.
Həkimlərin sözlərinə görə, 24 yaşlı Gülnur Abdullayevanın vəziyyəti daha ağır olduğundan Bakı şəhərindən xüsusi həkim briqadasə cəlb olunub. Digər yaralıların da xəstəxana şəraitində müalicə və müayinəsi davam edir.
Ağcabədi rayonunda minik avtomobilinin ağaca çırpılması nəticəsində 3 nəfər ölüb, daha 4-ü isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

***14:31
Video əlavə edilib.

*** 12:33
Bakı. 17 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunda yol qəzası baş verib. 
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, dekabrın 16-da saat 22 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



*** 07:29

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Daha əvvəl rayonun Boyat kəndində ölüm və xəsarətlə nəticələnən digər yol qəzası da baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-avtomobil-agaca-cirpilib-3-nefer-olub-4-u-yaralanib-vi-deo-yeni-leni-b-3

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR