"Boko Haram"a divan tutulur

"Boko Haram"a divan tutulur
22:12 13 Yanvar 2015
143 Dünya
Ölkə mətbuatı
A- A+

Kamerun hökuməti ölkənin şimalındakı hərbi bazaya hücum edən “Boko Haram” qruplaşmasının 143 silahlısını məhv etdiyini bildirib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, Kamerunun rabitə naziri İssa Txirom bildirib ki, bu qruplaşmanın ölkə ərazisində indiyədək ən ağır itkisidir. Onun sözlərinə görə, əməliyyat zamanı 1 kamerunlu hərbçi həlak olub.
 
Kamerunun ordu komandanlığı açıqlamasında Nigeriyadan dövlət sərhədini pozmaqla ölkə ərazisinə keçən silahlıların Kolofat şəhərindəki hərbi bazaya hücumunun dəf edildiyini qeyd bildirib.
 
“Boko Haram” qruplaşması Nigeriyada fevral ayında keçiriləcək ümumxalq seçkiləri ərəfəsində hücumların sayını artırıb.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR