Media nümayəndələri Qazax rayonunun ön cəbhədə yerləşən kəndlərində olublar - FOTOSESSİYA

Media nümayəndələri Qazax rayonunun ön cəbhədə yerləşən kəndlərində olublar - FOTOSESSİYA
22:22 13 Yanvar 2015
266 Sosial
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 22:15 ]

Qazax. Azər Məmmədli-APA. Bu gün bir qrup media nümayəndəsi Qazax rayonun ön cəbhədə yerləşən kəndlərində olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ön cəbhədə xidmət edən əsgərlər Azərbaycan ordusunun yüksək əhval-ruhiyyədə olduğunu və düşmənə hər an layiqli cavab verildiyini bildiriblər.

 

Son günlər erməni silahlı qüvvələri tərəfindən sərhədboyu kəndlər, mülki əhali, təsərrüfat sahələri, vətəndaşların şəxsi əmlakı, o cümlədən heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektlər iri çaplı pulemyotlardan, minaatan və qumbaraatanlardan atəşə məruz qalıb.

Ordumuzun cavab atəşi ilə düşmən susdurulub.

 

Jurnalistlər həmçinin Qazax rayonunun təmas xəttində yerləşən Quşçu Ayrım və Məzəm kəndlərinə də baş çəkiblər. Bu kəndlərin sakinləri ermənilərin mütəmadi olaraq atəşkəs rejimini pozduğunu, mülki əhalini və evləri atəşə tutduqlarını bildiriblər. Amma buna baxmayaraq əhali öz işinə davam edir, həmin kəndlərdə həyat öz axarı ilə davam edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR